Aşağıdakı istiqamətlər üzrə diaqnostikadan cərrahi müdaxiləyə və bərpa dövrünə qədər müşayiət olunur.
Bud-çanaq və diz oynaqlarının ilkin endoprotezləşdirilməsi, mürəkkəb hallarda isə revizion (təkrar) artroplastika. PhD dissertasiyası məhz proksimal fiksasiyalı komponentlər üzərində aparılıb.
Diz və digər oynaqlarda minimal invaziv artroskopik müdaxilələr; pəncə cərrahiyyəsi — hallux valgus (barmaq əyriliyi), yastı ayaqlıq, daban mahmızı və digər ayaq deformasiyalarının korreksiyası.
Çanaq sümüklərinin mürəkkəb sınıqlarında osteosintez və struktur bərpası.
Sınıqların, onların fəsadlarının və dayaq-hərəkət sisteminin travmalarının müasir cərrahi metod və implantlarla müalicəsi.
Osteoartroz və artritin cərrahiyyəsiz müalicəsində oynaqdaxili inyeksiyalar, ağrı sindromunda paravertebral blokadalar.
Adətən konservativ müalicə (fizioterapiya, dərmanlar, oynaqdaxili inyeksiyalar) artıq ağrını və hərəkət məhdudiyyətini aradan qaldırmadıqda nəzərdən keçirilir. Qərar həmişə fərdi qaydada, müayinə nəticələrinə əsasən verilir.
İlkin aktivləşmə adətən əməliyyatdan 1-2 gün sonra başlayır. Tam bərpa dövrü fərdi xüsusiyyətlərdən asılı olaraq bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.
Müasir implantlar düzgün istismar şəraitində onilliklərlə xidmət edə bilir. Konkret müddət implant növündən və xəstənin fiziki fəallığından asılıdır.
Mövcud EXOKQ, rentgen və ya MRT nəticələri (əgər varsa) faydalıdır. Onları WhatsApp vasitəsilə əvvəlcədən göndərə bilərsiniz.